01 noyabr 2025 21:15
123

Sumqayıtda avtomobil işıq dirəyinə çırpılaraq aşıb

Sumqayıtda avtomobil aşıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "Chevrolet Aveo" markalı minik avtomobili işıq dirəyinə çırpılıb, daha sonra aşıb.

Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.