8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq, 7 noyabr ölkə üzrə qısaldılmış iş günü olacaq.
“İki sahil” xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.
Qeyd edək ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.
Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.
Kürdəmirdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfər Gününə həsr olunan dəyirmi masa keçirilib
Sahil Babayev: 2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur
Xəzərdə ekoloji fəlakətin qarşısının alınması üçün vəsait ayrılması təklif olunur