Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
“İki sahil” xəbər verir ki, "Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qaraağac " hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
Bu səbəbdən, noyabrın 7-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Sumqayıtda “Birliyin, gücün və ədalətin təntənəsi - Şanlı Zəfər” adlı tədbir keçirilib
BSU-da " Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik " mövzusunda konfrans keçirilib