Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş keçirib.
Bu barədə "İki sahil"ə Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, VK-nın inzibati binasında baş tutan görüş 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunub.
Anar Bağırov qeyd edib ki, hazırda işğaldan azad edilmiş bölgələrdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri inşa edilir və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.
Görüşdə iştirak edən vəkillər döyüş yollarından danışaraq dövlətin, habelə VK Rəyasət Heyətinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər, azad edilmiş ərazilərdə Azərbaycanın üçrəngli bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini söyləyiblər. Eyni zamanda onlar doğma torpaqların bərpası və insanların yurdlarına dönüşünün hər bir vətənpərvər üçün böyük sevinc mənbəyi olduğunu bildiriblər.
Sonda Vətən müharibəsində iştirak etmiş vəkillərə qiymətli hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Vətən müharibəsində VK-nın 10 üzvü medallarla təltif ediliblər.
“Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusu müzakirə olunub
Vüsalə Mahirqızı: Azərbaycan dili üçün imla və üslub səhvlərini yoxlayan sistemin yaradılmasına ehtiyac var