“Technote.az” saytının baş redaktoru 31 yaşlı Emil Nəcəfov vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkə hesabında məlumat paylaşıb.
O qeyd edib ki, Emil Nəcəfov bir müddətdir diş ağrısından əziyyət çəkirmiş.
F.Pərdəşünas ölümə sepsisin səbəb olduğunun ehtimal edildiyini deyib: “Dişi ağrıyırdı, çirk eləmişdi. Gecikdirdi. Sonra antibiotikə başladı. Ehtimal olunan ölüm səbəbi sepsisdir”.
“Çap və onlayn mediada Azərbaycan dilinin istifadə qaydaları: problemlər və həll yolları” mövzusu müzakirə olunub
Vüsalə Mahirqızı: Azərbaycan dili üçün imla və üslub səhvlərini yoxlayan sistemin yaradılmasına ehtiyac var