Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Səhləbad kəndində birinci Qarabağ müharibəsi şəhidi Rəhman Almuradovun qardaşı, kənd ağsaqqalı İman Almuradovu 80 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıb, qayğıları ilə maraqlanıb.
“İki sahil” xəbər verir ki, görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Qeyd edək ki, şəhid Almuradov Rəhman Məhəmməd oğlu 1953-cü il yanvar ayının 6-da Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 1993-cü il may ayının 19-da Lülǝsaz yüksəkliyində döyüş zamanı əl qumbarası partlayışından ağır yaralanıb və 3 gün sonra may ayının 22-də aldığı yaradan şəhid olub.
Subay idi. Səhləbad kənd qəbiristanlığında dəfn edilib.
Şəhid qardaşı şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlığını bildirib.