Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli, idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları eləcə də partiya fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümumilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlarda ölkəmizdə həyata keçirilən hüquqi islahatlar və dövlətin hüquqi inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.
Sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - OXUYUN XƏBƏRİNİZ OLSUN!
"Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi" - Bağçadakı qalmaqalın detalları