Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
BDU ilə Çinin Anhui Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub
Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans keçirilib