Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasətdə, diplomatiyada və hərbdə qalib gəldiyi kimi öz xalqının yaşayışı üçün də bütün sahələrdə rəhbər işçilərin məsuliyyətli və təvazökar olmasını tələb edir. 12 noyabr 2025 – ci il tarixli çıxış sadəcə inzibati təyinatlarla bağlı görüş deyildi. Bu dövlət siyasətinin sosial istiqamətlərinin, xüsusən də su təminatı kimi həyati vacib, eyni zamanda ölkəmizdə sosial rifahın, ekoloji təhlükəsizliyin və regional bərbərliyin təmin olunması üçün məqsədyönlü işlər görülür və bu proses davamlı xarakter daşıyır.
12 noyabr tarixli bu görüş bir daha sübut etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ekoloji inkişaf siyasəti ölkənin hər bir güşəsində həyat səviyyəsinin yüksəlməsinə və vətəndaş məmnunluğunun artmasına yönəlib.
Prezident çıxışı zamanı paytaxt şəhər və digər şəhərlərdə bir çox ekoloji problemlərin artıq həllini uğurla tapdığını vurğulayıb. Belə ki, Qara şəhəri Ağ şəhərə çevirmək, Sumqayıt şəhərində çirklənmiş yerləri abadlaşdırmaq rekultivasiya etmək, bir çox parklar salmaq və ağac əkmə aksiyaları keçirtmək. Artıq demək olar ki, Sumqayıt və Bakı şəhərləri parklar şəhərləridir. Artıq bizim bölgələrimizdə də prinsip etibarilə ekologiya ilə bağlı ciddi problemlər yoxdur. Ekoloji problemlər bu gün dünyanın qarşılaşdığı ən ciddi və mürəkkəb məsələlərdən biridir. İqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi bu problemlərin yaranmasına bilavasitə təsir edir.
Ekologiya terminini elmə ilk dəfə 1866 – cı ildə Alman bioloqu Ernst Hekkel gətirmişdir və “Orqanizmin ümumi morfologiyası” əsərində işlətmişdir. Canlı - cansız təbiətin qarşılıqlı münasibəti bunu sübut edir ki, təbiəti insansız, insanı da təbiətsiz təsəvvür etmək mümkün deyil. Bütün dünyada müasir yaşayışı ekologiyasız təsvir etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətindir.
2020 – ci ildə Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad olunduqdan sonra bu ərazilərdə ekoloji tarazlığın bərpa olunması istiqamətində işlər başlamışdır. Son illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşması, su ehtiyatlarının mühafizəsi, yaşıllıqların qrtırılması sahəsində böyük irəliləyişlər olmuşdur.
Azərbaycan ekologiyasında danışarkən 2024 – cü ildə 11-22 noyabr tarixlərində BMT – nin iqlim dəyişikliyi konfransının Bakıda keçirilən Cop – 29 xatırlatmaq istəyirəm. Cop – 29 başladığı ilk gün uğurlu keçdi, planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atıldı. Qətiyyətlə demək olar ki, böyük siyasət dühası, prezidentimiz beynəlxalq aləmi yaşadığımız Cənubi Qafqaz coğrafiyasına gətirməsi, dünyanın axınını dəyişməsi məhz bu imiş. Həmin gün bütün dünya liderləri və bir çox xalqların nüfuzlu nümayəndəli Azərbaycan təbiəti, coğrafiyası, fauna – florası, inkişaf etmiş ekologiyasindan daha çox məmnun olmuşlar. Azərbaycan Respublikası ərazisinin təbii və coğrafi şəraiti, flora və faunanın növ müxtəlifliyinə şərait yaratmışdır. Yer kürəsində mövcud olan iqlim tipinin 9 – na Azərbaycanda təsadüf edir.
Sonda onu demək istəyirəm ki, kiçik məmləkətin böyük oğlu İlham Əliyev Zəfər qələbəsi çaldığı kimi, dövləti yaşadaraq qüdrətli etdiyi kimi Azərbaycan təbiətini – ekologiyasını dünya səviyyəsinə qaldıraraq nümunəvi ölkə kimi tarixə yazdıracaqdır.
Gəlin hər bir gözəlliyi bizlərdən əsirgəməyən Ana təbiətə, onun bütün sərvətinə qayğı və sevgi – məhəbbətlə yanaşaq, onları qoruyub saxlamağa çalışaq!
Nuriyyə Hüseynova,
254 №-li məktəbin İnformatika müəllimi