ABŞ-ın Missuri ştatında polis tərəfindən öldürülən itin sahibinə 500 min dollar təzminat ödənilib.
“İki sahil” "The Washington Post" nəşrinə istinadən xəbər verir ki, kompensasiyanı Sterceon şəhərinin rəhbərliyi və hadisədə təqsirli bilinən hüquq-mühafizə orqanı əməkdaşı ödəməli olub.
Qəzetin yazdığına görə, hadisə 2024-cü ilin may ayında baş verib. "Teddi" adlı beş yaşlı eşitmə və görmə qabiliyyəti olmayan it qonşusunun həyətinə keçib. Mülk yiyəsi iti sahibinə qaytarmaq üçün polisə müraciət edib. Asayiş keşikçisi iti tutmağa cəhd edib, lakin sonradan tapançanı çıxarıb və iki dəfə atəş açıb.
Şəhər rəhbərliyindən bildirilib ki, polis itdə quduzluq olmasından şübhələndiyi üçün belə addım atıb.
"Avropa üçlüyü" ABŞ ilə birlikdə İrana dair qətnamə layihəsini AEBA-ya təqdim edib
ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları, 300-ə yaxın tank və digər silahlar satacaq
ABŞ müttəfiqləri ilə birgə Ukrayna ilə bağlı yeni plan müzakirə etməyə başlayıb