19 noyabr 2025 09:03
90

ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları, 300-ə yaxın tank və digər silahlar satacaq

ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarələri, eləcə də təxminən 300 tank da daxil olmaqla xeyli miqdarda silah satmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi sənədlərdə deyilib.

Sənədlərdə qeyd olunub ki, ABŞ prezidenti Donald Tramp "gələcəkdə "F-35" qırıcılarının tədarükləri də daxil olmaqla, krallığa əsas müdafiə məhsullarının satışını təsdiqləyib".

Vaşinqton administrasiyasının fikrincə, bu razılaşma "ABŞ-ın hərbi-sənaye bazasını gücləndirəcək və Səudiyyə Ərəbistanının Amerika məhsullarını almağa davam etməsini təmin edəcək".