ABŞ-də saxta ittihamlarla 30 ildən çox həbsxanada cəza çəkən Kaliforniya sakini 19,1 milyon dollar təzminat alacaq.
“İki sahil” "Los Angeles Times" nəşrinə istinadən xəbər verir ki, bununla bağlı 56 yaşlı Daniel Saldanla Bolduin-Park şəhərinin rəhbərliyi arasında təzminat müqaviləsi bağlanılıb.
Məlumata görə, amerikalı 1989-cu ildə yerli məktəbin yaxınlığında atəş açaraq iki şagirdi yaralamaqda günahlandırılıb. O, 1990-cı ildən 2023-cü ilə qədər həbsdə olub.
Növbəti məhkəmə prosesi 2017-ci ildə başlayıb və 2023-cü ildə Saldanın günahsız olduğu sübuta yetirilib.
Məhkəmə cinayət işini araşdıran polis detektivinin vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyini bəyan edib.
Uzun illər günahsız olaraq həbsxanada cəza çəkən amerikalı ötən il Bolduin-Park şəhərinin rəsmilərinə və keçmiş polis detektivi Maykl Donovana qarşı iddia qaldırıb.
Zərərçəkənin vəkilləri qarşı tərəfi şahidləri, sübutları və istintaq materiallarını saxtalaşdırmaqda ittiham ediblər. Keçmiş polis zabitinin hər hansı ittihamla üzləşib-üzləşməyəcəyi bəlli deyil.
"Avropa üçlüyü" ABŞ ilə birlikdə İrana dair qətnamə layihəsini AEBA-ya təqdim edib
ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları, 300-ə yaxın tank və digər silahlar satacaq
ABŞ müttəfiqləri ilə birgə Ukrayna ilə bağlı yeni plan müzakirə etməyə başlayıb