19 noyabr 2025 09:53
101

FIBA Avropa Kuboku: Azərbaycan təmsilçiləri üz-üzə gələcək

FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gələcəklər.

“İki sahil” xəbər verir ki, I qrupunda yer alan "Neftçi" bu gün "Abşeron Lions"la qarşılaşacaq.

Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Bu komandaların qrupdakı ilk oyununda "Neftçi" 104:86 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, "Neftçi" 8 xalla ikinci pillədə qərarlaşıb. Sonuncu - dördüncü olan "Abşeron Lions"un isə 6 xalı var.