19 noyabr 2025 10:00
81

Kürasao DÇ-2026-da iştirak edəcək ən az əhalisi olan ölkə olacaq

Çərşənbə axşamı Kürasao milli komandası Şimali, Mərkəzi Amerika və Karib Futbol Konfederasiyasının (CONCACAF) seçmə mərhələsinin üçüncü mərhələsində birinci yeri tutaraq tarixində ilk dəfə futbol üzrə dünya çempionatına (DÇ-2026) vəsiqə qazanıb.

İki sahil”in məlumatına görə, FİFA reytinqində 82-ci pillədə qərarlaşan Kürasao DÇ tarixdə ən az əhalisi olan ölkə olacaq.

Qeyd edək ki, 2023-cü il siyahıyaalmasına görə, adanın əhalisi 155.800 nəfərdir. Bu göstəriciyə görə Kürasao 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında ilk dəfə çıxış edən və təxminən 400 min nəfər əhalisi olan İslandiyanı geridə qoyur. Həmçinin Kürasao dünya çempionatları tarixində ən kiçik əraziyə malik iştirakçı olacaq — adanın sahəsi 444 kv. km-dir.

Kürasao Niderland Krallığının tərkibinə daxil olan dövlət qurumudur. 2010-cu ilə qədər ada Niderland Antil adalarının bir hissəsi olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”