Konstitusiya və Suverenlik ili çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Qan Bankı Publik Hüquqi Şəxsin təşəbbüsü, “AzərEnerji” ASC-nin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” devizi altında qanvermə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında Səhmdar Cəmiyyətin 120-dən artıq əməkdaşı iştirak edib. Qanvermə aksiyasında toplanan qan talassemiya və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər xəstələrin qan çatışmazlığının aradan qaldırılması üçün nəzərdə tutulub. Aksiyada iştirak edən donorlar qanvermədən öncə Respublika Qan Bankı Publik Hüquqi Şəxsin tibbi heyətinin bütün tibbi yoxlanışlarından keçdikdən sonra qan veriblər.
Qeyd edək ki, 2005-ci ilin fevral ayında birinci xanım Mehriban Əliyeva “Talassemiyasız həyat Naminə” proqram layihəsinin başlanmasını elan edəndən bəri “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilib.
ETİHİ-nin Mərkəzi Aran bölgəsi üzrə regional görüşü Mingəçevir şəhərində keçirilib - FOTO
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb
Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxlayıb