Sumqayıt şəhərində yerləşən mağazaların birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, bir nəfər mağazada heç kimin olmamasından istifadə edərək oradan mobil telefon oğurlayıb.
“İki sahil” xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı A.Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
Gələn il Azərbaycanda 450 minə yaxın şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunacaq