İsrailin xarici işlər naziri Qideon Saar tezliklə Azərbaycana səfər etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünü şərh edərkən yazıb.
Q.Saar qeyd edib ki, M.Cabbarovla danışıqlar zamanı ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planı və Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə edilib.
"Həmçinin Bakı ilə dərinləşən ikitərəfli və iqtisadi əlaqələri müzakirə etdik. Yaxın zamanda Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Biz qarşılıqlı münasibətlərimizi gücləndirməyə davam edəcəyik", - nazir yazıb.
Rubio: ABŞ Rusiya və Ukraynanın mövqelərini nəzərə alaraq sülh təklifləri hazırlayır