Noyabrın 20-də Milli Məclisin inzibati binasında Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.
“İki sahil” xəbər verir ki, müraciətlər əsasən ailə-məişət münasibətləri, səhiyyə, məşğulluq, əmək pensiyaları və sosial rifahla bağlı mövzuları əhatə edib. Görüş zamanı səsləndirilən bəzi məsələlərin operativ şəkildə həllinə baxılıb. Digər müraciətlərin isə müvafiq araşdırmalardan sonra aidiyyəti qurumlar qarşısında qaldırılması üçün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin olunması və onların hüquqlarının etibarlı müdafiəsi qanunverici fəaliyyətimizin əsas istiqamətlərindən biri olmaqla, daim diqqət mərkəzində saxlanılır.
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Sabah Bakıda Ermənistandan olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcək