20 noyabr 2025 17:02
96

İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi ilk oxunuşda qəbul edilib

Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.

Qeyd edilib ki, 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 266,4 milyon manat (2025-ci illə müqayisədə 2,2 % çox) olması proqnozlaşdırılır.

Sənədə əsasən, xərclərin 238,3 milyon manatının İSF-nin gəlirlərinin (15,5 % çox), 28,1 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (48,25 % az) hesabına qarşılanması nəzərdə tutulur.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ilk oxunuşda qəbul olunub.