ABŞ tərəfindən Rusiya‑Ukrayna müharibəsinin həlli ilə bağlı təklif olunan plan, həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvini və hərbi cinayətlərin araşdırılmasının dayandırılmasını nəzərdə tutur.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Moskva ilə məsləhətləşmələr əsasında hazırlanmış planı nəzərdən keçirməsi barədə siqnallar alıb.
Agentliyin məlumatına əsasən, plan Ukraynadan Donbasın şərqindəki bəzi ərazilərin Rusiyaya verilməsini, sanksiyaların ləğvini və hərbi cinayətlərin araşdırılmasının dayandırılmasını nəzərdə tutur. Bundan əlavə, Kiyev ordunun sayının məhdudlaşdırılmasına razılıq verməli olacaq.