Ukraynanın sabiq müdafiə naziri və Təhlükəsizlik Şurasının keçmiş katibi Rüstəm Umerov korrupsiya qalmaqalından sonra ölkəsinə geri qayıdıb.
“İki sahil” xəbər verir ki, bu barədə millət vəkili Aleksey Qonçarenko sosial şəbəkə hesabında məlumat yayıb.
“Rüstəm Umerov ölkəyə qayıdıb. Nəhayət! Kədərlənirdik”, - deyə o qeyd edib.
Xatırladaq ki, noyabrın 17-də adı korrupsiyada hallanan Umerovun Ukraynaya qayıtmaqdan imtina etdiyi bildirilmişdi. Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi isə onun Ukraynaya qayıtmaqdan imtina etməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını açıqlamışdı.