Pakistanın paytaxtı İslamabaddan Almaniyaya federal qəbul proqramı çərçivəsində rəsmi təsdiq alan və məhkəmənin qərarı ilə viza müraciətləri müsbət nəticələnən daha 52 nəfər Əfqanıstan vətəndaşı gətirilib.
“İki sahil” “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu, Almaniyada hökumətin dəyişməsindən sonra həyata keçirilən altıncı reysdir.
Talibanın Əfqanıstanda hakimiyyətə gəlişindən sonra Almaniyaya gəlmək üçün Pakistanda gözləyən əfqanların sayı hazırda 1900 nəfərə yaxındır. Onların arasında alman ordusunun və digər alman qurumlarının keçmiş yerli əməkdaşları, həmçinin siyasi fəaliyyəti səbəbindən təqib riski ilə üzləşən şəxslər var.
Əvvəlki hökumət qəbul proqramını dayandırsa da, bir sıra əfqanların ölkəyə girişi məhkəmə iddiaları nəticəsində mümkün olub. Federal hökumət bu yaxınlarda hazırda məhkəmə prosesi davam edən bəzi şəxslərə proqramdan könüllü imtina etmələri üçün maliyyə təklifi irəli sürüb və 62 nəfər bu variantı qəbul edib.
Pakistan isə yeni ildən etibarən qəbul icazəsi olan əfqanları belə yenidən öz vətənlərinə deportasiya etməyə başlayacağı barədə xəbərdarlıq edib. Son aylarda bu cür deportasiya hallarında artıq qeydə alınıb.