Əhaliyə keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi məqsədilə Sumqayıt Dəmiryol Vağzalının qarşısında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib.
Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar quraşdırılıb.
Dəmir yolu vağzalının qarşısında minik avtomobillərinin xaotik parklanmasının qarşısının alınması üçün yeni parklanma yerləri yaradılıb.
Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.
Hazırda Sumqayıt Dəmiryol Vağzalında 5 marşrut xətti üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərir. Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək əlavə marşrutların təşkili də nəzərdə tutulub.
Sumqayıt şəhərində daha 207 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunda daha bir tunelin tikintisinə başlanılıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
ABŞ nümayəndələri Zəngəzur dəhlizi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə edib