21 noyabr 2025 12:55
96

Müdafiə nazirinin müavinləri "Dubay Aviaşou - 2025" sərgisində iştirak ediblər

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Dubay Aviaşou - 2025" aviasiya sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib. 

“İki sahil” xəbər verir ki,  müdafiə nazirinin müavinləri müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələri ilə birgə tədbirin rəsmi açılış mərasimində iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika, süni intellektlə dəstəklənən innovasiyalar və kosmik tədqiqatlarla tanış olub.

Səfər çərçivəsində bir sıra şirkət rəhbərləri ilə görüşlər keçirilir, hərbi-texniki əməkdaşlığa dair maraq doğuran məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC sərgidə ilk dəfə olaraq ölkəmizi stendlə təmsil edib.