21 noyabr 2025 19:54
90

Çox ağır seçimlə üz-üzə qala bilərik - Zelenski xalqa müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin qarşıda çox ağır seçimlə üz-üzə qala biləcəyini bildirib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı bu barədə ölkə vətəndaşlarına etdiyi müraciətdə danışıb.

Onun sözlərinə görə, Kiyev hazırda ABŞ administrasiyası tərəfindən təqdim olunan 28 maddəlik plan və qarşıdakı çətin qış mövsümü arasında seçim etməli ola bilər:

“Ukrayna çox çətin seçim qarşısında qala bilər: ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski. Ya 28 ağır bənd, ya da ən çətin qış və ondan sonrakı təhlükələr”.

Qeyd edək ki, Prezident planın detallarını açıqlamayıb.