Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir (rəsmi soyadı Hümbətovadır - red).
“İki sahil” xəbər verir ki, yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.
Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu ölüb.
Təcili tibbi yardım briqadası tərəfindən ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. ("Report")