Artaq 33 ildir ki, dahi şəxsiyyət, bütün türk xalqlarının böyük oğlu, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin dinamik inkişafında, bizim azad, xoşbəxt həyatımızda mühüm rol oynayır. Odur ki, partiyanın yaranma tarixi hər yerdə olduğu kimi, cənub mirvarisi Lənkəranda da əsl bayrama dönür. Adəti üzrə yenə də rayon sakinləri əl-ələ verib xeyirxah, nəcib işlər gördülər.
Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatı isə bu əziz, möhtəşəm gün münasibətilə iməcilik keçirdi, rayonun müxtəlif yerlərində ağac əkdilər. Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşkilatın əməkdaşları və fəal üzvləri böyük həvəslə iştirak etdilər.
Aksiya zamanı əvvəlcə ağac əkmək üçün ayrılan ərazidə təmizlik-abadlıq işləri aparıldı, əkin üçün nəzərdə tutulan yerlər alaq otlardan, daşlardan təmizləndi, eləcə də əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstərildi. Sonra çox sayda yeni ağac və güllər əkildi. Tədbirin sonunda iməcilikdə iştirak edən fəallara Yeni Azərbaycan Partiyasının loqosu həkk edilmiş köynək və papaq hədiyyə olundu.
Onu da bildirək ki, ağacların və güllərin təşkilində YAP fəalı Faiq Vəliyev yaxından köməklik göstərdi.
Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin, həmrəyliyimizin təzahürü