Rusiya Prezidenti Vladimir Putin öıləsinin ABŞ lideri Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı təklifləri ilə razılaşdığını açıqlayıb.
“İki sahil” xəbər verir ki, onun sözləri Kremlin saytında yer alıb.
“Prezident Trampın Ukraynadakı vəziyyətin nizamlanması üzrə sülh planı Alyaskadakı görüşdən əvvəl müzakirə edilib. Və bu ilkin müzakirə zamanı Amerika tərəfi bizdən müəyyən kompromislərə getməyi xahiş etdi”, - Putin bildirib.
Onun sözlərinə görə, amerikalılar Moskvadan “çeviklik göstərməyi” istəyiblər.
“Biz təsdiq etdik ki, müəyyən çətin məsələlərə baxmayaraq, biz bu təkliflərlə razıyıq”, - Rusiya lideri əlavə edib.