22 noyabr 2025 08:06
131

Nigeriyada silahlı şəxslər məktəbdən 227 nəfəri qaçırıblar

Nigeriyada silahlı şəxslər Müqəddəs Məryəm Katolik Məktəbindən 215 şagird və 12 müəllimi qaçırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "AFP" agentliyi Nigeriya Xristianları Assosiasiyasına istinadən xəbər verib.

Məlumata əsasən, qaçırılan tələbələrin bəziləri qaçmağı bacarıb.

Qeyd olunub ki, hadisə ölkə hökumətinin silahlıların çoxsaylı hücumları səbəbindən məktəbin bağlanmasını tələb etməsindən və Müqəddəs Məryəm Məktəbinin rəhbərliyi tərəfindən buna məhəl qoyulmamasından sonra baş verib.

Daha əvvəl Nigeriyanın "Arise" televiziya kanalı silahlıların məktəbə hücumu nəticəsində yalnız 52 nəfərin qaçırıldığını bildirib.