22 noyabr 2025 08:19
381

Nikolya Sarkozi kitab buraxacaq

Fransanın sabiq prezidenti Nikolya Sarkozi (2007-2012-ci illər) "Məhbusun gündəliyi" adlı kitab buraxacaq.

“İki sahil”in "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, kitab dekabrın 10-da çap olunacaq.

Qeyd edilib ki, kitab siyasətçinin həbsxanada keçirdiyi dövrə həsr olunub. Sarkozi bu payız La-Sante həbsxanasında üç həftə keçirib. O, "X" sosial şəbəkəsində yazıb ki, həbs onda dərin təəssürat buraxıb.

Xatırladaq ki, o, 2007-ci ildə seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ittihamı ilə 5 il həbs cəzası alıb. Oktyabrın 21-də həbsxanaya yerləşdirilən Sarkozi noyabrın 10-da azadlığa buraxılıb.