22 noyabr 2025 08:25
412

Rusiya sahilləri yaxınlığında 5,8 bal gücündə zəlzələ olub

Sakit Okeanda, Rusiyanın Şimali Kuril adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildiriblər.

"Şənbə günü Saxalin vaxtı ilə saat 09:38-də Sakit okeanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 200 km cənub-şərqdə yerləşib. Ocağı isə dəniz dibindən 30 km dərinlikdə olub", - deyə bildirilib.

Məlumata əsasən, zəlzələ Severo-Kurilskdə iki və ya üç bal gücündə hiss olunub. Sunami xəbərdarlığı elan edilməyib.