ABŞ Hərbi Hava Qüvvələrinə məxsus bir qrup "B-52H Stratofortress" strateji bombardmançı təyyarəsi Venesuela sahilləri yaxınlığında Karib dənizindəki beynəlxalq sular üzərində uçuşlar həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Air And Space Forces" nəşri Amerika rəsmilərinə istinadən xəbər verib.
Ötən gün baş tutan uçuşlarda ən azı iki B-52H strateji bombardmançı təyyarəsi iştirak edib.
Onlar Şimali Dakotadakı Minot Hərbi Hava Qüvvələri Bazasından havaya qalxıblar. ABŞ rəsmisinin sözlərinə görə, missiya "mövcudluq patrulu" olub.