22 noyabr 2025 15:10
381

CAR-da G20 sammiti keçirilir

Cənubi Afrika Respublikasında (CAR) G20 sammiti işinə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Sammiti ölkə Prezidenti Siril Ramafosa açıb.

"CAR Qlobal Cənubun və Afrikanın inkişaf prioritetlərinin G20-nin gündəliyində əks olunmasını təmin etmək istəyir", - Ramafosa bildirib.