22 noyabr 2025 16:54
143

MPL: “Araz-Naxçıvan” - “Turan Tovuz" oyunu - 2 qol, 1 xal

Misli Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”la qarşılaşıb.

İki sahil”in məlumatına görə, yarışın 21-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Ba-Muaka Simakala hesabı açıb. 78-ci dəqiqədə isə Ayxan Hüseynov tovuzluların bərabərlik qolunun müəllifi olub.

Misli Premyer Liqası,

12-ci tur

22 noyabr (şənbə)

15:00. “Araz-Naxçıvan” 1-1 “Turan Tovuz”

Qol: Ba-Muaka Simakala, 21 (1-0), Ayxan Hüseynov, 78 (1-1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Vüqar Həsənli

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”