Almaniyanın “Maynts” klubunun yarımmüdafiəçisi Dominik Kor Bundesliqa tarixində yeni rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, 11-ci tur çərçivəsində “Hoffenhaym”la görüşün (1:1) 88-ci dəqiqəsində qırmızı vərəqə alan futbolçu çempionat tarixində ən çox meydandan qovulan oyunçu adına yiyələnib. Bu, onun Almaniya çempionatındakı 9-cu qırmızı vərəqəsi olub.
Qeyd edək ki, 2022-ci ildən “Maynts”da çıxış edən yarımmüdafiəçi bu cəzaların 6-sını məhz indiki komandasında alıb.