Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı ölkələri ilə koordinasiya olmadan ABŞ-ın təklifi əsasında Rusiya-Ukrayna müharibəsini bitirməyin mümkünsüz olduğunu deyib.
“İki sahil” xəbər verir ki, o, bunu jurnalistlərə Yohannesburqda keçirilən "G20" sammiti çərçivəsində deyib.
"Bu plan hələ avropalılarla razılaşdırılmayıb və o, avropalıları narahat edən bir çox müddəaları ehtiva edir. Dondurulmuş aktivlər Avropanın əlindədir, Ukraynanın Avropaya inteqrasiyası Avropanın əlindədir və NATO-nun gördüyü işlər təşkilatın üzvlərinin əlindədir. Buna görə də bir çox şeylər var ki, sadəcə olaraq Amerikanın daha geniş koordinasiya tələb edən təklifi ola bilməz", - Makron bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynada nizamlanma planının yekun olmadığını açıqlayıb.
Almaniya Kansleri: Müharibə yalnız Ukraynanın və Avropanın razılığı ilə başa çata bilər
“Bloomberg”: ABŞ-ın əsas rəsmiləri sona qədər Ukrayna planından xəbərsiz idilər