23 noyabr 2025 15:24
72

Bəqai: Nüvə məsələsi haqda qərar ölkə səviyyəsində veriləcək

İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvü olaraq dinc məqsədli nüvə enerjisindən istifadəni öz haqqı hesab edir.

“İki sahil” xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran öz mənafeyini qorumaq üçün bütün mümkün yolları diqqət mərkəzində saxlayır. Bu əsasda nüvə enerjisindən istifadənin olunması prosesini davam etdirməkdə qətiyyətlidir.

Bəqai bildirib ki, nüvə məsələsi haqda qərar ölkə səviyyəsində veriləcək. Bu barədə qərar verildiyi zaman onun detalları açıqlanacaq. Nüvə məsələsi ilə əlaqədar hər bir qərar İranın mənafeyinin qorunması və NPT-yə əsasən olacaq.

Qeyd edək ki, 20 noyabrda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasında qəbul olunan qətnamədə İrandan 60%-lik zənginləşdirilən uran ehtiyatları haqda dəqiq məlumatları agentliyə verməsi, İranın nüvə obyektlərinə baxış keçirmək üçün şərait yaratması istənilib.

Qeyd edək ki, 28 sentyabrda BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnamə çərçivəsində İran əleyhinə BMT Təhlükəsizlik Şurasının digər qətnamələrini bərpa edib.

Əlavə edək ki, 20 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.