Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasına, ölkənin sərhədlərinin dəyişdirilməsinə yol verilməməsini tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə AK rəhbərinin mətbuat xidməti tərəfindən Cenevrədə ABŞ-nin Rusiya‑Ukrayna müharibəsi üzrə sülh planı ətrafında danışıqlara dair yayılan bəyanatda qeyd olunub.
"Birincisi, sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. İkincisi, Silahlı Qüvvələrə məhdudiyyət qoyula bilməz", - fon der Lyayen deyib.
O həmçinin ölkənin bərpası üçün fondların idarə olunması hüququnun Avropa Komissiyasında saxlanılmasına diqqət çəkib.
AK rəhbəri vurğulayıb ki, Ukraynada sülhün təmin olunmasında Avropa İttifaqının mərkəzi rolu sənəddə ölkənin bərpasındakı rolu kimi əks olunmalıdır.