23 noyabr 2025 18:18
25

Qubada ev yanıb

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 170 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının, mətbəxinin, aynabəndinin yanar konstruksiyaları 85 m² sahədə və dam örtüyünün taxta atmaları 70 m² sahədə yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.