Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasının 12-ci konfransı 2027-ci ildə İrəvanda keçiriləcək.
“İki sahil”in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu qərar noyabrın 22-də Cenevrədə keçirilən ÜST-nin Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 11-ci iclası və Tütün Məmulatlarının Qanunsuz Ticarətinin Ləğvi Protokolunun Tərəflər Şurasının 4-cü sessiyası zamanı qəbul edilib.
"Ermənistana tütün epidemiyası ilə mübarizə kimi məsuliyyətli bir vəzifə həvalə olunub ki, bu da bəşəriyyətin üzləşdiyi mövcud ictimai səhiyyə problemlərinin aradan qaldırılmasına və qanunsuz ticarətin ləğvinə töhfə verməyə imkan tanıyacaq", – deyə məlumatda qeyd olunub.
Çərçivə Konvensiyası ÜST-nin ictimai səhiyyə sahəsində ilk beynəlxalq hüquqi sənədidir və gələcək nəsilləri tütün istehlakı və tütün məmulatlarının təsiri nəticəsində yaranan xəstəliklərdən qorumağa yönəlib.
AK: Ukrayna ordusunun sayının azaldılması və ərazi güzəştlərinə yol verilməməlidir