ABŞ Prezident Administrasiyası Moskva ilə Kiyev arasında münaqişənin həllinə həsr olunmuş danışıqlar planı hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu danışıqlar Vaşinqtonun sülh planının müzakirəsi üçün 23 noyabrda Cenevrədə ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələrinin görüşündən ayrı keçiriləcək.
CNN də ABŞ-nin yaxın vaxtlarda Rusiya nümayəndələri ilə görüşə hazırlaşdığını bildirib, lakin görüşün yeri və vaxtı açıqlanmayıb. "The Washington Post" isə qeyd edib ki, Cenevrə danışıqlarında irəliləyiş əldə olunacağı təqdirdə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff planla Rusiyaya göndərilə bilər. Kreml isə Moskvada xüsusi nümayəndəni istənilən vaxt qəbul etməyə hazır olduğunu bildirib.
AK: Ukrayna ordusunun sayının azaldılması və ərazi güzəştlərinə yol verilməməlidir