23 noyabr 2025 20:02
31

Yaponiya raketlərin yerləşdirilməsi planından imtina etmir

Yaponiya hökuməti Tayvandan təxminən 110 km məsafədə yerləşən Yonaquni adasındakı Özünümüdafiə Qüvvələrinin qarnizonunda orta mənzilli raketlərin yerləşdirilməsi planlarından imtina etmir.

“İki sahil” xəbər verir ki, bunu hərbi obyektə səfəri zamanı ölkənin müdafiə naziri Şinciro Koizumi jurnalistlərə açıqlamasında bildirib.

"Raketlərin yerləşdirilməsinin regionda gərginliyi artıracağına dair bəyanatlar əsassızdır", - onun sözlərini "Kyodo" agentliyi yayıb. Bununla yanaşı, o, jurnalistlərin Tayvan ətrafında hərbi böhran baş verəcəyi halda, Yaponiyanın necə hərəkət edəcəyi ilə bağlı əlavə suallarına cavab verməyib. Baş nazir Sanae Takaiçinin bu mövzudakı açıqlamaları artıq Tokio ilə Pekin arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

Yaponiyanın Yonaquni adasındakı Özünümüdafiə Qüvvələrinin qarnizonu 2016-cı ildə yaradılıb və burada orta mənzilli "Tip-03" zenit raketlərinin yerləşdirilməsi planlaşdırılır.