23 noyabr 2025 23:44
84

Sabunçuda ikimərtəbəli evdə yanğın olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyü 90 m² və 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.