24 noyabr 2025 01:28
23

Nigeriyada kilsədən qaçırılan 38 nəfər azad edilib

Nigeriyanın qərbində terrorçular tərəfindən girov götürülən 38 kilsə ziyarətçisinin azad edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Nigeriya prezidenti Bola Tinubu deyib.

"Nigeriyalı həmvətənlərim, xatırlayacaqsınız ki, təhlükəsizlik xidmətlərimizin səylərini əlaqələndirmək üçün Cənubi Afrikada keçiriləcək G20 sammitinə səfərimi ləğv etdim. Onların səyləri sayəsində Kvara ştatında qaçırılan 38 kilsə ziyarətçisi xilas edilib. Mən ölkə daxilində təhlükəsizlik vəziyyətini yaxından izləyirəm və cinayətkarlığa qarşı mübarizə ilə bağlı hesabatlar alıram", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 18-dən 19-na keçən gecə Nigeriyanın Kvara ştatındakı kilsəyə hücum edilib. Terrorçular kilsə ziyarətçilərinə qarşı nizamsız şəkildə atəş açıblar.