Baltik dənizindəki Finlandiya və Estoniyanın ərazi sularında "Freezing Winds 25" təlimi keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
"Finlandiya Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə bu payızın əsas hərbi təlimi olan "Donan Küləklər 25" 24 noyabr - 4 dekabr 2025-ci il tarixlərində Finlandiyanın cənubunda, Arxipelaq dənizində və Finlandiya körfəzinin mənsəbində keçiriləcək. Təlim zamanı qüvvələr və gəmilər Estoniyanın ərazi sularından da istifadə edəcəklər", - deyə bildirilib.
Nazirlik əlavə edib ki, təlimdə Finlandiyanın NATO müttəfiqləri - Belçika, Danimarka, Almaniya, Latviya, Litva, Niderland, Polşa, ABŞ, Fransa və Estoniyadan 20 hərbi gəmi və dəstək gəmisi, eləcə də NATO-nun Daimi Mina Əleyhinə Tədbirlər Qrupu (SNMCMG1) iştirak edəcək.
Ukrayna məsələsi ilə bağlı Cenevrə görüşündə ABŞ-ın sülh planına dəyişikliklər edilib
Zelenski Cenevrədə ABŞ və Avropa tərəfdaşları ilə danışıqlar barədə məlumat verib