24 noyabr 2025 03:48
55

Türkiyədə sərnişin avtobusları toqquşub

Türkiyənin Dənizli şəhərində mikroavtobusla şəhərlərarası avtobus toqquşub.

“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, mikroavtobus qəza nəticəsində aşıb, şəhərlərarası avtobusun sürücüsü ölüb, daha 13 sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları cəlb edilib. Yaralılara hadisə yerində ilk tibbi yardım göstərilib və sonra təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.