Taylandda turizm polisi daşqınlar səbəbindən ölkənin cənubundakı Hatyay şəhərindəki 17 oteldən turistləri təxliyə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Tayland polisinin məlumatında bildirilib.
Məlumata əsasən, söhbət Malayziya, Sinqapur və İndoneziya vətəndaşlarının təxliyəsindən gedir.
"Turizm polisi 17 oteldən turistləri Hatyay bələdiyyəsindəki müvəqqəti sığınacağa təxliyə edib və orada onlara yemək və içməli su verilib. Hatyay Hava Limanı adi rejimdə fəaliyyətini davam etdirir", - deyə qeyd edilib.
Tayland turizm orqanları səyahətçilərə Hatyay şəhər mərkəzinə, xüsusən də güclü yağışlar nəticəsində su altında qalan düzənlik ərazilərə baş çəkməkdən çəkinməyi tövsiyə edib.
Pakistanda terrorçular polis qərargahının yaxınlığında partlayış törədiblər, ölənlər var
Tramp ilə Starmer Ukrayna münaqişəsinin həlli üçün birgə işləməsinin vacibliyini qeyd ediblər
Böyük Britaniya 2026-cı ildən elektron səyahət icazəsi sistemini məcburi tətbiq edəcək