AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
“İki sahil” xəbər verir ki, bu barədə assosiasiyanın mətbuat xidmətindən bildirilib.
E.Məmmədov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək "Qalatasaray" (Türkiyə) – "Union" (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma noyabrın 25-də İstanbulda yerləşən "Ali Sami Yen" stadionunda baş tutacaq.
"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk matçına çıxacaq