24 noyabr 2025 17:11
73

Avropa Komissiyası Rusiya aktivlərindən istifadəni TƏCİLİ MƏSƏLƏ HESAB EDİR

Avropa Komissiyasının sözçüsü Paula Pinhonun sözlərinə görə, Aİ Ukraynada ABŞ-ın sülh planının müzakirələri fonunda Rusiya aktivlərinin istifadəsi ilə bağlı danışıqları "daha təcili" hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiyanın dağıntılara görə pul ödəməsi və dondurulmuş Rusiya aktivlərinin Ukraynaya təzminat krediti vasitəsilə istifadəsi ilə bağlı danışıqların "indi daha təcili hala gəlməsi" vacibdir.

Polşa Baş naziri Donald Tusk bildirib ki, Avropa liderləri ABŞ-ın Ukrayna münaqişəsinin həlli planındakı bir neçə bəndi qəbuledilməz adlandırıblar.

Almaniya kansleri Fridrix Merts də hesab edir ki, ABŞ-ın Ukrayna üçün sülh planının dondurulmuş Rusiya aktivlərinin bölüşdürülməsi ilə bağlı müddəaları qəbuledilməzdir.