Rusiya müharibənin 1370-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 98 278 PUA-sı, 638 zenit-raket kompleksi, 26 216 tank və digər zirehli texnikası, 1 619 reaktiv yaylım atəş sistemi, 31 510 artilleriya və minaatanı, 47 531 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Trampın Sülh Planında dondurulmuş Rusiya aktivləri ilə bağlı bəndi ləğv edilib?